Mbappe, Kamavinqa və Kone Bakıya gəlməyəcəklər

Fransa millisinin kapitanı Kilian Mbappe zədə səbəbindən DÇ-2026-nın seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək matçı buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb .

Xəbərdə bildirilir ki, Kilian Mbappe sağ topuğundakı zədə səbəbindən bu oyunda iştirak etməyəcək.

Mbappe ilə yanaşı, daha iki futbolçu Azərbaycanla səfər matçını buraxacaq. Bunlar Kilianla birgə Madrid “Real”ında çıxış edən Eduardo Kamavinqa və “Roma”da çıxış edən Manu Konedir. Kamavinqa da Mbappe kimi zədədən əziyyət çəkdiyi üçün İspaniya nəhənginin düşərgəsinə qayıtmalı olub. Kone isə ötən gecə Ukrayna yığmasına qarşı keçirdikləri ev oyununda (4:0) sarı vərəqə almaqla cəzalı duruma düşüb. Bu üzdən o da yığmadan ayrılmalı və İtaliya klubunun düşərgəsinə qayıtmalı olub.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: