Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli məlum olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu oyunlar iki günü (4-5 fevral) əhatə edəcək.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları isə martın 3-də keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
4 fevral
“Sumqayıt” – “Zirə”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.
“Sabah” – “Qəbələ”
“Masazır Arena”, 19:30.
5 fevral
“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 14:30.
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 19:00.


