Futbol üzrə Azərbaycan Kubokunun 2025/26 mövsümünün 1/8 final mərhələsi çərçivəsində keçirilmiş oyunlarda qapılara cəmi 19 qol vurulub.
Arena.az xəbər verir ki, səkkiz oyunun baş tutduğu mərhələdə orta məhsuldarlıq 2,375-ə bərabər olub.
Bu, son 14 mövsümün ən aşağı göstəricisidir. 1/8 finalda daha aşağı məhsuldarlığa sonuncu dəfə 2011/2012-ci illər mövsümündə təsadüf olunmuşdu. Həmin vaxt 7 qarşılaşmada qapılara cəmi 14 qol vurulmuşdu. Orta göstərici 2,00-a bərabər olmuşdu.
Qeyd edək ki, ötən mövsümün 1/8 final mərhələsinin oyunlarında 27 qol qeydə alınmışdı.
Azərbaycan Kubokunun cari mövsümün 1/8 final mərhələsinin oyunlarının nəticələri belə olub:
“Şahdağ Qusar” – “Turan Tovuz” 1:2
“Zirə” – “Neftçi” 1:0
“Şamaxı” – “Baku Sportinq” 1:0
“İmişli” – “Sabah” 1:2
“Qarabağ” – “Karvan” 3:0
“Qəbələ” – “Şəfa” 2:1
“Araz-Naxçıvan” – “Kəpəz” 0:1
“Difai” – “Sumqayıt” 1:3


