“Bayer” yoxlama oyununda 4 qolla qalib gəldi

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan Almaniya “Bayer”i bu gün yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, Leverkuzen klubu Regionalliqa təmsilçisi “Alemanniya Aaxen” ilə qarşılaşıb.

Altı qolun qeydə alındığı oyun Bundesliqa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Leverkuzenlilərin əksər futbolçuları yığma komandalara dəvət aldığı üçün baş məşqçi Xabi Alonso bu görüşdə klubun U-17 və U-19 komandasının üzvlərinə də şans verib.

“Bayer” Almaniya Bundesliqasında 3 turdan sonra maksimum nəticə ilə zirvədə qərarlaşıb. Leverkuzenlilər Bundesliqada növbəti matçlarını sentyabrın 15-də “Bayern”ə qarşı keçirəcəklər. Hansı ki, Münhen təmsilçisi də əvvəlki hər üç matçından qalib ayrılıb və zirvəyə şərikdir.

Almaniya klubu ilə “Qarabağ” arasındakı ilk qarşılaşma oktyabrın 26-da Leverkuzendə baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: