“Bayern” darmadağına sevindi, “Borussiya” evdə uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir. Arena.az xəbər verir ki, turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib.

“Volfsburq” – “Herta” matçında hesab açılmayıb. “Maynts” “Bohum”u, “Union Berlin” isə “Hoffenhaym”ı məğlub yola salıb.

“Leyptsiq” “Ştutqart” səfərindən inamlı qələbə ilə dönüb. Mönhenqladbax “Borussiya”sı isə evdə “Bayer”ə uduzub.

Lider “Bayern” bu turda mövsümün uğurlu komandalarından olan “Köln”ün qonağı olub. Münhen təmsilçisi səfərdə darmadağına sevinib.

Almaniya Bundesliqasında 19-cu tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq. “Auqsburq” “Ayntraxt”ı, “Arminiya” isə “Qroyter”i qəbul edəcək.

Almaniya Bundesliqası
19-cu tur
14 yanvar

Borussiya (Dortmund) – Frayburq 5:1
Qol: Munye, 14; 29. Haland, 45+1; 75. Dahud, 86 – Dəmiroviç, 61.

15 yanvar

Volfsburq – Herta 0:0

Köln – Bayern 0:4
Qol: Levandovski, 9; 62; 74. Tolisso, 25.

Maynts – Bohum 1:0
Qol: Yuste, 48.

Union Berlin – Hoffenhaym 2:1
Qol: Voqlzammer, 22. Promel, 73 – Baumqartl, 16-öz qapısına.

Ştutqart – Leyptsiq 0:2
Qol: A.Silva, 11-pen. Nkunku, 70.

Borussiya (Mönhenqladbax) – Bayer 1:2
Qol: Elvedi, 81 – Andrix, 51. Şik, 74.

16 yanvar

18:30. Auqsburq – Ayntraxt
20:30. Arminiya – Qroyter

Xəbəri sosial şəbəkələrdə paylaş: