Futbol üzrə Azərbaycan Birinci Liqasının 3-cu, Azərbaycan İkinci Liqasının isə 4-cü turunun oyun cədvəlində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, PFL-in qərarına əsasən İkinci Liqanın “Dinamo” – “Füzuli” oyunu sentyabrın 28-də keçiriləcək.
Birinci Liqanın “Qaradağ Lökbatan” – “İrəvan”, “Araz Saatlı” – “Mingəçevir” və “Karvan” – “Difai Ağsu” oyunları 29 sentyabr tarixlərinə keçirilib.
Oyunların yeri və başlama saatı ilə bağlı dəyişiklik yoxdur.


