Bivolun keçmiş həyat yoldaşı: “Mən sadəcə bir əşya idim”

Yarımağır çəkidə WBA çempionu Dmitri Bivolun keçmiş həyat yoldaşı Yekaterina rusiyalı boksçu ilə münasibətlərinin təfərrüatını paylaşıb.

Arena.az xəbər verir ki, qadının sosial şəbəkələr üzərindən paylaşdığı məzmun heç də xoşagələn ruhda deyil və keçmiş ərinə qarşı qəzəbi və təəssüfü ifadə edir:

“Kişilərə hər şeyi istədiyi kimi edəcək qadın lazımdır. Bilirsiniz nə var? Gedin hamınız atdırın. Mən tək qalmağı, and içirəm, belə bir sui-istifadəçi ilə qalmaqdan üstün tuturam. Hansı ki, üzr istəyirəm, özü üçün çay hazırlaya bilmədi. Hamınız sürüşün burdan, gicbəsərlər.

Niyə kimisə dinləməliyəm? Məni tərbiyələndirməyə gərək yoxdur. Biz niyə elə yaşayırıq ki, ərlərimiz tərəfindən tərbiyələndirilirik? Bizim yerimizə təhsil alan, mən, onun üçün kurs işlərini və referatlarını tərtib etmişəm. Uşaqları tək böyüdən, mən. Yaxşı, bəli, onun pulları hesabına – bəs olsun ki? Axı uşaqları mən böyütdüyüm üçün məni eşitmir.

Niyə biz böyük rol oynadığımız bir dünyada yaşayırıq, bir kişi isə deyir: “Mən çörək verənəm, sən anasan, sən köməkçisən”. Sonra da deyir ki, onu eşitmək lazımdır. Və pullar sənin deyil, onun olur. Niyə belə ədalətsizlik baş verir?

Mən sadəcə bir əşya idim. “Amerikaya getdin – ümumiyyətlə şad ol da. Sevin ki, “Mersedes”də gəzirsən. Bitdi, əşyalarımızı yığıb Rusiyaya geri dönüş. Mən belə qərara gəldim, mənə belə gərəkdir, şad deyilsən? Sənin ümumiyyətlə başını at təpib. Səni Amerikaya aparırlar!”

Bəs kimsə soruşdu ki, ümumiyyətlə, mən bu Amerikaya getmək istəyirdimmi? Mənə lazım idi bu? Sonra isə başlandı: “Mersedes” qətiyyən sənin deyilmiş, çünki məlum olur ki, onu sənə istifadə etmək üçün veriblər. Bütün bunları sənə istifadə etmək üçün veriblər”, deyə Yekaterina açıb sandığı, töküb pambığı.

Xatırladaq ki, övladları olan 16 illik cütlük artıq boşanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: