“Sabah” müdafiəçisi Boyan Letiç ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu ilə 1+1 illik yeni sözləşmə imzalanıb. Əvvəlki sözləşmə bu mövsümün sonuna kimi idi.
Boyan Letiç bu ilin fevralından “Sabah”ın uğurları üçün çalışırdı. Bosniya və Herseqovinadan olan futbolçu geridə qalan mövsümdə 11 oyunda iştirak edib və 1 qola imza atıb.


