Braziliya klubları Senatın qərarına qarşı birləşdilər

34 Braziliya klubu petisiya vasitəsilə Senatı, klublara bukmeker kontorları ilə əməkdaşlığı qadağan edən düzəlişi rədd etməyə çağırıb.

Arena.az bu barədə “Sbcnews” dərgisinə istinadən məlumat verir:

“Klublar İqtisadi Məsələlər Komissiyasından və bu hörmətli Senatın plenar iclasından 38-U saylı zərərli düzəlişi rədd etməyi, bununla da Braziliya futbolunu, azad sahibkarlıq prinsiplərini və müqavilə azadlığını qorumağı tələb edirlər”, – məsələ ilə bağlı həmrəy klubların tələbində deyilir.

Braziliyanın 34 peşəkar futbol klubu Senatdan 38-U düzəlişini rədd etməyə çağıran petisiya imzalayıblar. İdman komitəsi tərəfindən dəstəkləmiş bu düzəliş bukmeker kontorlarının sponsorluğunu qadağan etməyi təklif edir.

Senator Eduardo Jiran tərəfindən dəstəklənən düzəliş peşəkar komandalar, fərdi idmançılar və idman çempionatları tərəfindən idman mərc oyunlarına artan sponsorluğu qadağan etmək məqsədi daşıyır.

Braziliya klubları buna cavab olaraq qadağanın peşəkar futbolun bütün səviyyələrində əhəmiyyətli iqtisadi ziyan vuracağını və Braziliya futbolunun əsas gəlir mənbəyini aradan qaldıracağını bildiriblər.

Hazırda Braziliya A və B Seriyalarında çıxış edən 40 komandadan 39-u artıq bu və ya digər onlayn qumar brendi ilə sponsorluq müqaviləsi imzalayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: