Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, bu gün Bolqarıstan Kubokunda 2024/2025 mövsümünün 1/16 final mərhələsinin oyunları keçirilib.
Azərbaycanlı futbolçunun komandası aşağı liqa təmsilçisi “Rozova Dolina” ilə qarşılaşıb. Səfərdə baş tutan bu oyunda “Arda” qalib gəlib – 2:1. Hüseynov da bu görüşdə ilk dəqiqələrdən meydanda olub.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 46 rəsmi oyuna çıxıb, 1 qol vurub.