İngiltərənin “Çelsi” klubunun qapıçısı Eduard Mendini Milan “İnter”nin qolkiperi Andre Onana ilə dəyişməyə hazırlaşdığı barədə xəbər yayılıb.
Arena.az xəbər verir ki, məsələni jurnalist Santi Una diqqətdə saxlayır və özünün “Twitter” hesabında qeyd edib.
Məlumata görə “zadəganlar”ın yeni təyin edilmiş baş məşqçisi Maurisio Poçettino komandanın əsas qapıçısı roluna daha uyğun namizədlə müqavilə imzalamaq üçün Mendidən ayrılmağa hazırdır.
Vurğulanır ki, London klubu bu sövdələşmədə əlavə ödənişə ehtiyac olduğunu da anlayır.
Eduard Mendi cari mövsümdə 12 dəfə “Çelsi”nin heyətində meydana çıxıb, 17 qol buraxıb. O, cəmi bir oyunda qapısını toxunulmaz saxlayıb. “Transfermarkt” internet-portalı Mendini 18 milyon avro məbləğində qiymətləndirir.
“İnter”lə 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi olan Andre Onana isə cari mövsümdə 40 oyunda komandasının heyətində meydana çıxıb. O, bu oyunlarda 35 qol buraxıb, 19 oyunda qapısının toxunulmazlığını təmin edib. “Transfermarkt” internet-portalı Onananı 20 milyon avro məbləğində qiymətləndirir.
“Çelsi” mövsüm ərzində bərbad çıxışı ilə yadda qalıb və Premyer Liqanı 12-ci sırada başa vurub.
“İnter”in A Seriyasında “bürünc”lə kifayətlənməsi tənqidlə qarşılansa da, Milan klubu İtaliya Kubokunu, İtaliya Super Kubokunu qazanıb. Bu komanda həm də UEFA Çempionlar Liqasının finalına çıxıb. Simone İnzaqinin komandasını iyunun 10-da İngiltərənin “Mançester Siti” klubu ilə final oyunu gözləyir.


