“Çelsi”nin iki futbolçusu Çempionlar Liqasının tarixinə düşdü

UEFA Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi olan “Çelsi”nin iki futbolçusu bu turnirin tarixinə düşüb.

Arena.az xəbər verir ki, söhbət qapıçı Eduard Mendi və yarımmüdafiəçi Kristian Pulişiçdən gedir.

Belə ki, Mendi turnirin finalında oynayan ilk afrikalı qapıçı, Pulişiç isə ilk amerikalı futbolçu olub.

“Çelsi” Çempionlar Liqasının finalında “Mançester Siti”ni 1:0 hesabıyla məğlub edərək, klub tarixində ikinci dəfə turnirin qalibi olub.

Xatırladaq ki, bu oyunda iştirak edən “Çelsi”nin müdafiəçisi Tyaqo Silva da London təmsilçisinin UEFA Çempionlar Liqasının finalında oynamış ən yaşlı futbolçusu kimi tarixə düşüb.