Futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsində üz-üzə gələcək cütlüklər müəyyənləşiblər.
Arena.az xəbər verir ki, son olaraq ötən gecə “İnter” (İtaliya) və “Arsenal” (İngiltərə) komandaları yarımfinala yüksəliblər.
Bir gün əvvəl isə “Barselona” (İspaniya) və PSJ (Fransa) yarımfinala vəsiqə qazanmışdılar.
Daha öncə atılmış püşkün nəticəsinə görə, “Barselona” yarımfinalda “İnter”lə, “Arsenal” isə PSJ ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında yarımfinalın ilk oyunları aprelin 29-da və 30-da keçiriləcək. Cavab matçları isə mayın 6-da və 7-də baş tutacaq.
UEFA Çempionlar Liqası
Yarımfinal
29/30 aprel
“Barselona” (İspaniya) – “İnter” (İtaliya)
“Arsenal” (İngiltərə) – PSJ (Fransa)
6/7 may
PSJ (Fransa) – “Arsenal” (İngiltərə)
“İnter” (İtaliya) – “Barselona” (İspaniya)


