Corc Kumas rüşvət ittihamı mənzərəsində Kipr Futbol Assosiasiyasının (CFA) prezidenti vəzifəsindən erkən surətdə istefa verib.
Arena.az bu barədə Kipr Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumat verir.
Vəzifəsində 2027-ci ilə qədər fəaliyyət imkanı olmasına rəğmən, Kumas istefa verməyə qərar gəlib və müvafiq qərarının son bir neçə ay ərzindən düşünülmüş olduğunu bildirib.
Assosiasiyaya ünvanladığı açıq məktubunda Kumas haqqındakı ittihamlarla bağlı təpkilərdən usandığını vurğulayıb. Kumas gedişinin düşünülmüş qərar olduğunu və bunun Kipr Futbol Assosiasiyasını və idmanı müvafiq təpkilərdən qorumağa yönəlmiş olduğunu əsas gətirib.
Xatırladaq ki, 2023-cü ildə Kipr prokurorluğu Kumasın və Kipr Futbol Assosiasiyasının digər vəzifəli şəxslərinin barəsində təhqiqata başlayıb. İşin əsasında komitənin idman mədəniyyətinə dair hesabatı dayanır. Hesabatda Kumas başda olmaqla ittiham edilən vəzifəlilərin futbol oyunlarının yayım hüquqlarının alqı-satqısı ilə məşğul olan şirkətlərə sahib olmaqda maraqlarının toqquşlası yer alıb. Əlavə edək ki, Kipr qanunu vəzifəli şəxslərə rəhbərlik etdikləri idman növlərində iş maraqlarına sahib olmalarını qadağan edir.


