ÇL: Liqa mərhələsində 5-ci tura start verilir

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsinin 5-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” səfərdə İtaliya çempionatının sonuncu qalibi “Napoli” ilə qarşılaşacaq. Ağdam klubunun digər rəqiblərindən “Ayaks” evdə “Benfika” ilə üz-üzə gələcək. Türkiyə çempionu “Qalatasaray” isə doğma meydanda “Yunion”la qarşılaşacaq.

“Mançester Siti” evdə “Bayer”lə münasibətlərinə aydınlıq gətirəcək. “Barselona” isə səfərdə “Çelsi”nin qonağı olacaq.

ÇL-in Liqa mərhələsinin 5-ci turunun qalan oyunları sabah keçiriləcək.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr

21:45. Ayaks (Niderland) – Benfika (Portuqaliya)
21.45. Qalatasaray (Türkiyə) – Yunion (Belçika)
00:00. Mançester Siti (İngiltərə) – Bayer (Almaniya)
00:00. Çelsi (İngiltərə) – Barselona (İspaniya)
00:00. Borussiya (Dortmund, Almaniya) – Vilyarreal (İspaniya)
00:00. Napoli (İtaliya) – Qarabağ (Azərbaycan)
00:00. Slaviya (Çexiya) – Atletik (İspaniya)
00:00. Bodo Qlimt (Norveç) – Yuventus (İtaliya)
00:00. Olimpik (Marsel, Fransa) – Nyukasl (İngiltərə)