“Araz-Naxçıvan” “Benfika”ya böyük hesabla uduzdu

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, təmsilçimiz yeni formatda keçirilən növbəti – 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Portuqaliya “Benfika”sı ilə qarşılaşıb.

Sözügedən komandalar arasındakı birinci qarşılaşma Bakı İdman Sarayında keçirilib. Azərbaycan təmsilçisi görüşə itkilərlə çıxıb. Belə ki, sarı vərəqə limitini dolduran Covanni Valero, Karlos Bertula və Alekssanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyiblər. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın heyətində yer alıblar. Ölkə çempionu güclü rəqiblə oyunda demək olar ki, heç nə edə bilməyib və 9 cavabsız qolla uduzub.

Bu komandalar arasında cavab oyunu dekabrın 5-də Lissabonda keçiriləcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunu
24 noyabr

Araz-Naxçıvan – Benfika 0:9
Qollar: Anilton Silva, 12:43; 31:28. Artur, 13:25; 21:49; 35:17. Kutçi, 14:16. Dieqo Nunyes, 15:39. Jakare, 29:20. İqor de Souza, 38:58.
Hakimlər: Yianqos Yianqos, Mixael Kristofides, Nikolas Nikolau (Hamısı Kipr).
Bakı İdman Sarayı. Saat 20:00.

Araz-Naxçıvan: 1. Emin Kürdov (k), 7. Yaqo Henrike, 10. Jan Perruzo, 21. Filipinyo, 29. Luicci Lonqo, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov, 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 3. Qüdrət Qasımzadə, 49. Kənan Manafov, 9. Alleks Rezende.
Baş məşqçi: Yevgeni Kukseviç.

Benfika: 22. Leo Quqyel, 2. Silvestre Ferreyra, 4. Afonso Jezus (k), 10. Artur, 13. Anilton Silva, 1. Andre Korreyra, 6. Raul Moreyra, 7. Lusio Junior, 8. Andre Koelyo, 9. İqor de Souza, 14. Kutçi, 18. Dieqo Nunyes, 80. Emerson Dos Santos, 99. Jakare
Baş məşqçi: Kassiano Kleyn.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: