Marko Yankoviç: “Qarabağ”ın da iddiaları var”

“Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Napoli” ilə oyundan gözləntilərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və İtaliya klubları ÇL-in Liqa mərhələsinin 5-ci turu çərçivəsində sabah Neapol şəhərində üz-üzə gələcəklər.

Ağdam klubunun monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç bu gün oyundan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.

Qeyd edək ki, sabah Dieqo Armando Maradona adına stadionda keçiriləcək “Napoli” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: