Niderland yığmasının və Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Corcinyo Veynaldum Paris klubundan ayrılıb.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna satıb.
Parislilər bu transferdən 8 milyon avro qazanıblar. Təcrübəli oyunçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Corcinyo Veynaldum peşəkar karyerasına “Feyenoord”da başlayıb. Daha sonra ölkəsində PSV-də forma geyinən futbolçu, 2015/16 mövsümünü “Nyukasl”da keçirdikdən sonra “Liverpul”a transfer olunub. Yarımmüdafiəçisi PSJ-yə də 2021-ci ilin yayında məhz İngiltərə klubundan keçmişdi. O, Paris təmsilçisində 38 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Veynaldum ötən mövsümü icarə əsasında İtaliyanın “Roma” klubunda keçirib – 23 oyun, 2 qol, 1 məhsuldar ötürmə. Təcrübəli oyunçu Niderland yığmasında da 89 oyuna 26 qol vurub.
“Əl-İttifaq”ı bu ilin yayından ötənlərin məşhur futbolçu Stiven Cerrard çalışdırır. Sözügedən komandada Mussa Dembele, Cordan Henderson, Marsel Tisserand kimi tanınmış futbolçular da çıxış edir.


