“Sumqayıt”ın Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” komandasına qarşı keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.
Arena.az xəbər verir ki, bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bu qarşılaşma püşkə əsasən iyulun 22-də keçirilməli idi. Lakin yekun qərara əsasən, matç nəzərdə tutulandan bir gün əvvəl – iyulun 21-də keçiriləcək.
Buna iyulun 22-də Serbiyanın digər klubu “Partizan”ın da Konfrans Liqasında Slovakiyanın “Dunayska Streda” komandası ilə ev oyununa çıxması səbəb olub. UEFA-nın qaydalarına əsasən, bir ölkənin iki komandası eyni gündə evdə avrokubok matçı oynaya bilməz.
Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtda baş tutacaq.