Davide Ançelotti – “Lill”in yeni baş məşqçisi!

Tanınmış futbol mütəxəssisi Karlo Ançelottinin oğlu Davide Ançelotti bundan sonra Fransanın “Lill” komandasına rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. O, bu postda 2025/2026-cı illər mövsümü bitən kimi komandadan ayrılmış Bruno Jenezionu əvəz edib.

Xatırladaq ki, Davide Ançelotti son olaraq Braziliyanon “Botafoqo” komandasının baş məşqçisi olub. O, İtaliyalı məşqçi 2025-ci ilin yayında Braziliya klubunun “sükanı arxasına” keçmiş, dekabrda isə sözügedən komandadan ayrılmışdı.

Davide daha əvvəl Madrid “Real”ında atasının köməkçisi olub. O, hazırda həm də Braziliya millisində atasına kömək edir. Kiçik Ançelotti PSJ, “Napoli”, “Everton”, “Bayern” kimi klublarda da köməkçi-məşqçi kimi çalışıb.

Qeyd edək ki, “Lill” Fransa Liqa 1-də 2025/2026-cı illər mövsümünü 3-cü pillədə başa vurub. Komanda bununla UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinə vəsiqə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: