Azərbaycanı futbol üzrə Avropa Konfrans Liqasında təmsil edəcək “Neftçi” və “Turan Tovuz” komandalarının potensial rəqibləri məlum olub.
Arena.az xəbər verir ki, ötən gecə Belçika və Albaniyada futbol mövsümlərinin başa çatması ilə Konfrans Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərindəki son iştirakçılar müəyyənləşib.
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasını 4-cü pillədə başa vurmuş “Neftçi” Konfrans Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən, bürünc medalçı “Turan Tovuz” isə 2-ci təsnifat mərhələsindən başlamalıdır. Düzdür, tovuzlular hələ 2019-cu ildə 7 futbolçunun danışılmış oyunlarda iştirakına görə UEFA tərəfindən sanksiyaya məruz qalıblar. Lakin hələlik bu, tam təqiqləşməyib. Bu üzdən də biz hələlik “Neftçi” və “Turan Tovuz”un avrokuboklara yollanacağını əsas götürərək, durumu mövcud vəziyyətə uyğun dəyərləndirəcəyik.
“Neftçi”nin birinci təsnifat mərhələsindəki rəqibləri
“Neftçi” püşkatmada “səpələnmişlər” sırasında olacaq. Bu isə o deməkdir ki, paytaxt klubunun rəqibi “səpələnməmişlər” səbətindəki aşağıdakı 26 komandadan biri olacaq:
“Velej” (Bosniya və Herseqovina)
“Virtus” (San Marino)
“Liepaya” (Latviya)
“İlves” (Finlandiya)
“Santa Koloma” (Andorra)
“Konnah’s Quay Nomads” (Uels)
“Bohemians” (İrlandiya)
“Styarnan” (İslandiya)
“Europa” (Cəbəllütariq)
“İnter” (Finlandiya)
“Malişeva” (Kosovo)
“Yelimay” (Qazaxıstan)
“Dinamo” (Tirana, Albaniya)
“UNA Ştrassen” (Lüksemburq)
“Hegelmann” (Litva)
“Penibont” (Uels)
“Runavik” (Farer adaları)
“Sileks” (Şimali Makedoniya)
“Mornar” (Monteneqro)
“Qlentoran” (Şimali İrlandiya)
“Marsaşlokk” (Malta)
“Nomme Kalyu” (Estoniya)
“Elbasani” (Albaniya)
“Karnarvon Taun” (Uels)
“Mondorf-le-Ben” (Lüksemburq)
“Petrovaç” (Monteneqro)
İkinci raunddakı potensial rəqiblərimiz
Birinci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün isə 2-ci təsnifat mərhələsinin püşkatması keçiriləcək. “Neftçi” və “Turan Tovuz” burada “səpələnməmişlər” sırasında yer alacaq.
İkinci təsnifat mərhələsində klublarımızın 41 mümkün rəqibi bunlardır:
“Braqa” (Portuqaliya)
“Ayaks” (Niderland)
“Kopenhagen” (Danimarka)
“Gent” (Belçika)
“Rapid” (Avstriya)
“Panatinaikos” (Yunanıstan)
“Ludoqorets” (Bolqarıstan)
“Styaua” (Rumıniya)
“Rakuv” (Polşa)
“Partizan” (Serbiya)
“Luqano” (İsveçrə)
AEK (Kipr)
“Başakşəhər” (Türkiyə)
“Riyeka” (Xorvatiya)
ÇFR Kluj (Rumıniya)
HJK (Finlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Brann” (Norveç)
“Spartak” (Slovakiya)
“Hradeç” (Çexiya)
“Austriya” (Avstriya)
“Katovitse” (Polşa)
“Vaduts” (Lixtenşteyn)
“Nordsyelland” (Danimarka)
“Tobol” (Qazaxıstan)
“Apollon” (Kipr)
“Hibernian” (Şotlandiya)
“HB Torshavn” (Farer adaları)
“Sion” (İsveçrə)
Həmçinin aşağıdakı klubların iştirak etdiyi 1-ci təsnifat mərhələsi cütlüklərinin qalibləri:
RFS (Latviya)
“Astana” (Qazaxıstan)
“Jalgiris” (Litva)
“Şkendiya” (Şimali Makedoniya)
“Balkani” (Kosovo)
“Linfild” (Şimali İrlandiya)
“Hamrun Spartans” (Malta)
“Milsami” (Moldova)
“Levadiya” (Estoniya)
“Payde” (Estoniya)
“Differdanj 03” (Lüksemburq)
“Dinamo” (Minsk, Belarus)
Birinci təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da, ikinci təsnifat mərhələsinin görüşləri isə iyulun 23-də və 30-da keçiriləcək.


