Adolf Hütter – “Ayntraxt”ın yeni baş məşqçisi!

Avstriyalı futbol mütəxəssisi Adolf Hütter bundan sonra Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt”ı çalışdıracaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Frankfurt təmsilçisi 56 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalandığını açıqlayıb. Hütter bu postda 2025/2026-cı illər mövsümü bitən kimi istefaya göndərilmiş Albert Rieranı əvəz edib.

Adolf Hütter son olaraq futbol üzrə Fransa çempionatında (Liqa 1) mübarizə aparan “Monako” komandasının baş məşqçisi postunda çalışıb. O, 2025-ci ilin sentyabrında knyazlıq təmsilçisindən ayrılandan bəri işsiz idi.

Adi Hütter daha öncə Almaniyanın “Borussiya” (Mönhenqladbax), “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarında da baş məşqçi olub.

“Ayntraxt” Almaniya Bundesliqasının 2025/2026-cı illər mövsümündə 34 oyuna topladığı 44 xalla 8-ci yeri tutub və avrokuboklardan kənarda qalıb. Komanda 34 oyunda 13 qələbə qazanıb, 8 heç-heçə edib, 13 qələbə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: