Dieqo Simeone “Atletiko”nun “Seltik”lə oyunundan razı qalıb

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Seltik”lə səfər oyununa (2:2) yekun vurub.

Arena.az UEFA-nın rəsmi saytına istinadən Simeonenin bu barədə fikirlərini təqdim edir:

“Komandamın oyunundan çox razıyam. İkinci hissədə qələbə üçün oynadıq. Birinci hissədə onlar daha yaxşı görünürdülər və ilk iki zərbə ilə qol vurdular, ona görə də artıq, istədiyimiz kimi oynaya bilmədik. Fasilədə, cəsarətlə oynamaq, irəli getmək, imkan yaratmaq lazımdır, dedik və biz bunu bacardıq. Bu köklənmə ilə bu oyunda qalib gələ bilərdik. Amma yenə də bu stadionu xoşbəxt tərk edirəm”, deyə Dieqo Simeone bildirib.

“Feyenoord”un 6 xalla lider olduğu “E” qrupunda “Atletiko” 5 xalla 2-ci yerdə qərarlaşıb. “Latsio” 4 xalla 3-cü, “Seltik” 1 xalla sonuncudur.

Xəbəri sosial şəbəkələrdə paylaş: