Futbol üzrə İspaniya La Liqasını tərk etmiş “Jirona”da baş məşqçi, ispan mütəxəssis Miçel Anxel Sançes istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
2025/2026-cı illər mövsümünün yekunlarına əsasən La Liqanı tərk etmiş Kataloniya təmsilçisi uğursuz mövsümdən sonra ispaniyalı mütəxəssislə rəsmən vidalaşıb.
Xatırldaq ki, 2021-ci ildə Kataloniya klubunu çalışdırmağa başlamış madridli mütəxəssis “Jirona”nı İspaniya elitasına yüksəltməklə yanaşı, 2023/2024-cü illər mövsümündə 3-cü yeri tutaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanmasına da nail olmuşdu. Amma “Jirona” geridə qalmış mövsümdə 38 tur ərzində cəmi 41 xal toplayaraq turnir cədvəlini 19-cu pillədə başa vurub və La Liqa ilə vidalaşıb.
Miçelin rəhbərliyi altında “Jirona” ümumilikdə 221 oyuna çıxıb, 91 qələbə qazanıb, 47 heç-heçə edib, 83 məğlubiyyət alıb.
Miçel Anxel Sançes daha öncə “Rayo Valyekano” və “Hueska”nın da baş məşqçisi olub.


