Dünya çempionatı: Ruzanna Məmmədova ikinci oldu

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir. Arena.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.

Yarışa 1/4 finaldan start verən Elvina Kərimzadə Polşa təmsilçisi üzərində “tuşe” ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rumıniyalı rəqibinə minimal fərqlə uduzan Elvina iyulun 23-də bürünc medal uğrunda güləşib və rusiyalı güləşçiyə məğlub olaraq 5-ci yerlə kifayətlənib.

Ruzanna Məmmədova təsnifat mərhələsində qazax güləşçiyə tam üstünlüklə qalib gələrək DÇ-yə inamlı start verib. Rumıniyalı rəqibindən də güclü olan Məmmədova adını yarımfinala yazdırıb. Türkiyə güləşçisini də məğlub edən Ruzanna finala vəsiqə qazanıb. İyulun 23-də keçirilən həlledici görüşdə Hindistan idmançısıyla qarşılaşan Məmmədova rəqibinə uduzaraq gümüş medalı boynundan asıb.

40 kq
1/4 final: Elvina Kərimzadə – Dominika Konkel (Polşa) 4:0 (tuşe)
1/2 final: Elvina Kərimzadə – Aleksandra Voikulesku (Rumıniya) 5:6
Bürünc medal görüşü: Elvina Kərimzadə – Tana Tiuliuş (Rusiya) 0:8

46 kq
Təsnifat: Ruzanna Məmmədova – Aliyə Daulet (Qazaxıstan) 10:0
1/4 final: Ruzanna Məmmədova – Kristina Bayan (Rumıniya) 4:0
1/2 final: Ruzanna Məmmədova – Şevval Çayır (Türkiyə) 2:0
Final: Ruzanna Məmmədova – Komal Komal (Hindistan) 2:7