Eduardo Karo daha bir il “Neftçi”də

“Neftçi” fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssislə anlaşma daha 1 illiyə artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı məşqçi 2021/22 mövsümünün sonunadək bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Eduardo Karo 2021-ci ilin yanvarından “Neftçi”də çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: