Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 2-ci turun oyun cədvəli açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Üç günü əhatə edəcək turun bütün görüşləri saat 17:00-da start götürəcək.
Əvəzedicilər Liqası
2-ci tur
29 avqust
“Sabah-2” – “Sumqayıt-2”
“Masazır Arena” (ehtiyat meydança).
30 avqust
“Qəbələ-2” – “Şəfa-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança).
31 avqust
“İmişli-2” – “Zirə-2”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu.
“Neftçi-2” – “Araz-Naxçıvan-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança).
“Qarabağ-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu.
“Turan Tovuz-2” – “Şamaxı-2”
Tovuz şəhər stadionu.


