Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 11-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Kəpəz”in ikinci komandası doğma meydanda “Zirə”nin gənclərinə uduzub. Üç qolun qeydə alındığı “Qarabağ-2” – “Sabah-2” oyununda da qonaqlar qələbə qazanıblar.
Turun qalan görüşləri noyabrın 22-də və 24-də keçiriləcək.
Əvəzedicilər Liqası
11-ci tur
21 noyabr
“Kəpəz-2” – “Zirə-2” 0:2
Qollar: Əhliman Süleymanzadə, 55. Rauf Qafarov, 78.
Hakimlər: Ruslan Quliyev, Sənan Atayev, Səbuhi Əmrahov, Sənan Bayramzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança). Saat 14:00.
“Qarabağ-2” – “Sabah-2” 1:2
Qollar: Nicat Xasıyev, 42 – Ramil Nuraxmedov, 29. Əli Əlizadə, 90+3.
Hakimlər: Əkbər Əhmədov, Teymur Teymurov, Nurlan Əhmədzadə, Niyaz Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu. Saat 14:00.
22 noyabr
“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança). Saat 14:00.
24 noyabr
“Qəbələ-2” – “Şamaxı-2”
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Rəşad Quliyev, Ruslan Quliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança). Saat 14:00.
“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Hakimlər: Şamil İmanzadə, Səbuhi Soltanov, Rəhman Aslanov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
“Rekord Arena”. Saat 14:00.


