“Golden Boy 2023” mükafatına namizədlər açıqlandı

İtaliyanın “Tuttosport” nəşri 21 yaşa qədər ən yaxşı oyunçuya verilən “Golden Boy 2023” mükafatına namizədlərin yekun siyahısını dərc edib.

Arena.az xəbər verir ki, nəşrin rəsmi saytı vasitəsilə açıqlanmış siyahıda 25 futbolçu yer alıb.

Namizədlər arasında Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülər də var.

Avropanın 21 yaşa qədər ən yaxşı gənc futbolçusu adı uğrunda mübarizə aparan 25 nəfərlik siyahıda bu oyunçular yer alıblar:

Cud Bellingem (“Real”, İspaniya)
Camal Musiala (“Bayern”, Almaniya)
Xavi Simons (“Leypsiq”, Almaniya)
Antonio Silva (“Benfika”, Portuqaliya)
Alexandro Balde (“Barselona”, İspaniya)
Florian Virtz (“Bayer”, Almaniya)
Benjamin Şeşko (“Leypsiq”, Almaniya)
Corcio Skalvini (“Atalanta”, İtaliya)
Rasmus Hoylund (“Mançester Yunayted”, İngiltərə)
Levi Koluill (“Çelsi”, İngiltərə)
Yohan Bakayoko (PSV, Niderland)
Miloş Kerkez (“Bornmut”, İngiltərə)
Artur Vermeeren (“Antverpen”, Belçika)
Evan Ferqyuson (“Brayton”, İngiltərə)
Lukas Qurna-Duat (“Zalsburq”, Avstriya)
Varren Zair-Emri (PSJ, Fransa)
Usman Diomande (“Sportinq”, Portuqaliya)
Arnau Martines (“Jirona”, İspaniya)
Matis Tell (“Bayern”, Almaniya)
Andi Diuf (“Lans”, Fransa)
Arda Gülər (“Real”, İspaniya)
Bilal El-Hannus (“Genk”, Belçika)
Martin Baturina (“Dinamo”, Zaqreb, Xorvatiya)
Joao Neves (“Benfika”, Portuqaliya)
Lamin Yamal (“Barselona”, İspaniya).

Xatırladaq ki, “Golden Boy” mükafatı 2003-cü ildən təqdim edilir. 2022-ci ildə bu titula İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Qavi layiq görülüb.