Honkonqda “Əl-Nəsr”in və Portuqaliya yığmasının kapitanı, 40 yaşlı veteran ulduz hücumçu Kristiano Ronaldonun muzeyi açılıb.
Arena.az bu barədə “Blooloop” dərgisinə istinadən məlumat verir.
Muzey K11 İncəsənət-mədəniyyət mərkəzində yerləşir və Ronaldonun karyerasının bir çox əlamətdar məqamlarını, xüsusən portuqal ulduzun “Qızıl top”u qazandığı 2008-ci ili əks etdirir.
Muzeyin ərazisi 365 min kvadrat kilometrdir və burada 40-a qədər eksponat nümayiş etdirilir. Ziyarətçilər Ronaldonun uşaqlıq dövrünə aid, Lissabondakı otağının surətini də görə bilərlər. Xüsusi biletlərin (VIP-bilet) sahibləri isə Ronaldonun öz “YouTube” kanalı üçün videolar çəkdiyi studiyaya keçib baxa bilərlər.
Təşkilatçılar Kristiano Ronaldonun yaxın vaxtlarada muzeyə şəxsən baş çəkmək üçün buyuracağına da eyham vurublar. Sərgi 2026-cı ilin iyun ayına qədər açıq olacaq, sonra isə Çinə köçürüləcək.


