Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
Turun mərkəzi qarşılaşması Şirvanda reallaşıb. “Qaradağ Lökbatan” meydan sahibləri üzərində böyük hesablı qələbə qazanaraq ilk pilləyə yüksəlib. “Şəmkir” səfərdə “Göygöl” üzərində əzmkar qələbə qazanıb. Çempionatın aşkar autsayderi “Araz Saatlı” isə “Ağdaş”la dueldən qalib ayrılıb.
10-cu turun qalan görüşləri noyabrın 25-də keçiriləcək.
İkinci Liqa
10-cu tur
23 noyabr
“Quba” – “Ağstafa Gəncləri” 4:2
Qollar: İmran Azaxov, 19. Qabil Sabirli, 41. Vidadi Cəfərov, 48. Bəhram Köçərli, 60 – Eltac Hüseynov, 9. Elgün Namazov, 22-pen.
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Əhməd Əhmədsoy, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
24 noyabr
“Göygöl” – “Şəmkir” 1:2
Qollar: Nail Təhməzli, 43 – Cavidan Rəhimli, 49. Ceyhun Rəcəbli, 56.
Hakimlər: Rəsul Babayev, Tural Bayramov, Ağadur Mahmudov, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şirvan” – “Qaradağ Lökbatan” 0:5
Qollar: Tofiq Nəsibov, 34; 64. Rövşən Şahmuradov, 43. İlham Hüseynov, 86. Emil Quluzadə, 89.
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əkbər Əliyev, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Araz Saatlı” – “Ağdaş” 3:1
Qollar: Rafiq Abdullayev, 29; 83. Hacı Rüstəmov, 87 – İlqar Nuruşov, 74.
Hakimlər: Nahid Xasıyev, Sadiq Əliyev, Rizvan Süleymanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
25 noyabr
“Dinamo” – “Şəki”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.
“Kür-Araz” – “Xankəndi”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.


