İkinci Liqa: “Quba” “Ağstafa Gəncləri”ni 4 qolla yendi

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2025/2026-cı illər mövsümünün 10-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış oyununda “Quba” “Ağstafa Gəncləri”ni qəbul edib. Altı qolluq oyunda meydan sahibləri qələbə qazanıblar.

10-cu turun qalan görüşləri noyabrın 24-də və 25-də keçiriləcək.

İkinci Liqa
10-cu tur

23 noyabr

“Quba” – “Ağstafa Gəncləri” 4:2
Qollar: İmran Azaxov, 19. Qabil Sabirli, 41. Vidadi Cəfərov, 48. Bəhram Köçərli, 60 – Eltac Hüseynov, 9. Elgün Namazov, 22-pen.
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Əhməd Əhmədsoy, Niyaz Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

24 noyabr

“Göygöl” – “Şəmkir”
Hakimlər: Rəsul Babayev, Tural Bayramov, Ağadur Mahmudov, Sənan Bayramzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Göygöl Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Şirvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Murad Səlimov, Sevda Nuriyeva, Əkbər Əliyev, Nəriman Ağayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Araz Saatlı” – “Ağdaş”
Hakimlər: Nahid Xasıyev, Sadiq Əliyev, Rizvan Süleymanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

25 noyabr

“Dinamo” – “Şəki”
Hakimlər: Rasim Musayev, Elvin Mədətov, Ruslan Məmmədov, Ləman Əmirli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

“Kür-Araz” – “Xankəndi”
Hakimlər: Nazim Abdullayev, Ruslan Babayev, Hüseyn Vəliyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.