İkinci Liqa: Qusar derbisində heç-heçə, “Cəbrayıl”dan darmadağın

Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.

“Şahdağ Qusar” ilə “Qusar” arasındakı oyunda qapılara qol vurulmayıb.

“Şəfa” ilə qarşılaşan “Cəbrayıl” 8 qolluq matçda darmadağına sevinib.

“Şəki Siti” isə evdə “Füzuli” ilə ev 4 qolluq qarşılaşmada qələbəni əldən verib.

Tura sabah keçiriləcək “Baku Sportinq” – “Göygöl” oyunu ilə yekun vurulacaq.

İkinci Liqa
8-ci tur
23 oktyabr

“Dinamo” – “Kür-Araz” 2:3
Qollar: Valeh Seyidov, 11. Elmin Əskərli, 29 – Ramazan Abbasov, 49; 73. Elariz Xəlilli, 67.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Maqsud Şamıyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Binə qəsəbə stadionu, 14:00.

“Ağdaş” – “Kürmük Qax” 1:0
Qol: Taryel Zeynalov, 90+1.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Ağdaş şəhər stadionu, 14:30.

“Lerik” – “Şəmkir” 3:2
Qollar: Qədir Həsənov, 22. Kamran Abdullazadə, 45+1; 47 – Elgün Namazov, 32; 54.
Hakimlər: Əkbər Əhmədov, Orxan İbişov, Rasim Axundov, Emin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lənkəran OİK stadionu, 15:00.

24 oktyabr

“Şahdağ Qusar” – “Qusar” 0:0
Hakimlər: Emin Əliyev, Zakir Şükürzadə, Anar Bədəlov, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı OİK stadionu, 14:00.

“Şəfa” – “Cəbrayıl” 2:6
Qollar: Elşən Mirzəzadə, 44. Emil Valehov, 65 – Mehman Süleymanlı, 14. Nurlan Quliyev, 21; 25. Baxşəli Baxşəliyev, 41. Ağabəkir Həşimli, 62. Məhərrəm Orucov, 90+1.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Asif Abdullayev, Kamil Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Binə qəsəbə stadionu, 14:30.

“Şəki Siti” – “Füzuli” 2:2
Qollar: Ceyhun Rəcəbli, 31. Xaliq Şabanov, 62 – Rəvan Abbasov, 79; 88.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Rəhman Aslanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şəki şəhər stadionu, 15:30.

25 oktyabr

“Baku Sportinq” – “Göygöl”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Samir Qaracayev, Murad Səlimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 14:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: