Bu gün futbol üzrə İtaliya Kubokunun 2025/2026-cı illər mövsümünün final qarşılaşması keçirilib və çempionun adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, həlledici görüş İtaliya A Seriyasının cari mövsümünün qalibi olmuş “İnter”lə “Latsio” arasında baş tutub.
Paytaxt Romadakı “Olimpiko” stadionunda təşkil edilmiş görüş “İnter”in inamlı qələbəsi ilə yekunlaşıb. Milan təmsilçisi elə ilk hissədə vurduğu 2 cavabsız qolla sayəsində növbəti titulunu qazanıb. Beləcə, sözügedən komanda 2025/2026-cı illər mövsümün “qızıl dubl”la tamamlayıb.
“İnter” tarixində 10-cu dəfə İtaliya Kubokunun qalibi olub. Bu komanda daha öncə 1939, 1978, 1982, 2005, 2006, 2010, 2011, 2022 və 2023-cü illərdə də oxşar uğura imza atmışdı. Bu baxımdan rekord 15 dəfə ölkə kubokunu qazanmış “Yuventus”a məxsusdur.
İtaliya Kuboku
Final
13 may
Latsio – İnter 0:2
Qollar: Adam Maruşiç, 14-öz qapısına. Lautaro Martines, 35.


