Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün 31-ci turundan təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə oyunu çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” ilə “Kristal Pelas” arasında baş tutub.
“Şəhərlilər” bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar. Nəticədə, “Mançester Siti” lider “Arsenal”la xal fərqini 2-yə endirib. Hazırda London təmsilçisi 79 xalla zirvədə qərarlaşıb. Mançester klubu isə 77 xalla ikincidir. İlk üçlüyü 65 xalı olan “Mançester Yunayted” qapayır.
“Mançester Siti”ni mövsümün son iki turunda “Bornmut”la səfər, “Aston Villa” ilə ev oyunu gözləyir. “Arsenal” isə evdə “Börnli”, səfərdə “Kristal Pelas”la qarşılaşacaq.
İngiltərə, Premyer Liqa
31-ci turun oyunu
13 may
Mançester Siti – Kristal Pelas 3:0
Qollar: Antuan Semenyo, 32. Ömər Marmuş, 40. Savinyo, 84.


