Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 6-cı turun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçında “Qəbələ” ilə “Neftçi”nin ikinci komandaları üz-üzə gəliblər. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.
6-cı turun qalan görüşləri oktyabrın 19-da keçiriləcək.
Əvəzedicilər Liqası
6-cı tur
17 oktyabr
“Turan Tovuz-2” – “Zirə-2” 1:3
Qollar: Nihat Qurbanzadə, 24-pen – Ömər Həsənli, 19. Murad Qurbanov, 21. Rauf Qafarov, 72.
Hakimlər: Ceyhun Hüseynov, Taleh Məmmədov, Aydın Baxşıyev, Rüfət Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 13:00.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” 1:2
Qollar: Ceyhun Bağırzadə, 28-pen – İbrahim Piriyev, 33; 43.
Hakimlər: Şamil İmanzadə, Elman Kərimov, Zakir Şükürzadə, Yasin Cəbizadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 13:00.
18 oktyabr
“Qəbələ-2” – “Neftçi-2” 2:2
Qollar: Fərid İsgəndərov, 13. Qədir Ramazanov, 56 – Əli Nəbizadə, 16. Elvin Vəliyev, 90.
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Məmmədəli Kərimov, Rauf Salamov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
19 oktyabr
“Qarabağ-2” – “Şəfa-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Orxan İbişov, Ləman Əmirli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
“Kəpəz-2” – “Sumqayıt-2”
Hakimlər: İslam Məmmədov, Mirnihad Seyidov, Safalı Ağayev, Elçin Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Sabah-2” – “İmişli-2”
Hakimlər: Maqsud Şamıyev, Asif Abdullayev, Elmin Süleymanov, İlqar Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Masazır Arena” (ehtiyat meydança), 15:00.


