Premyer Liqa: Azərbaycan derbisində 6 qolluq heç-heçə!

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun mərkəzi oyununda milli çempionatımızın daimi iştirakçısı olan iki komanda – “Qarabağ” və “Neftçi” qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilmiş matçı Kamal Umudlu idarə edib. Altı qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi son dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar heç-heçəyə nail olub.

Premyer Liqa
8-ci tur

17 oktyabr

“Qarabağ” – “Neftçi” 3:3
Qollar: Aleksey Kaşuk, 18. Renaldo Sefas, 89. Kadi Borges, 90+5 – Qustavo Klisman, 11; 34. Draqolyub Saviç, 52.
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR: Əli Əliyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüsyenov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 5. Bruno Lanqa, 9. Zəkəriyə Savo, 25. Cebrail Makreçkis, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 35. Pedro Bikalyo, 4. Bense Varkonyi.
Ehtiyat oyunçular: 23. Martin Zlomisliç, 12. Teymur Həsənov, 55. Bədavi Hüseynov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 10. Xoni Montiel, 29. Renaldo Sefas, 11. Reda Xadra, 88. Samuel Lobato, 39. Jeremi Qnali.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 77. Falaye Sako (k), 5. İqor Ribeyro, 55. Endryu Qravilyon, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 26. Adeleke Akinyemi, 20. Qustavo Klisman, 88. Viçko Şevel, 11. Alen Şkribek.
Ehtiyat oyunçular: 81. Məhdi Həsənov, 8. Emin Mahmudov, 14. Elvin Bədəlov, 7. Emil Səfərov, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 97. Bassala Sambu, 70. Andrey Ştoqrin, 10. Freddi Varqas, 22. Denzel Jubitana, 27. Draqolyub Saviç.
Baş məşqçi: Yuri Vernidub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: