Futzal millimiz səfərdə Çexiya yığmasına məğlub oldu

Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının (DÇ-2028) əsas mərhələsi çərçivəsində ilk matçını keçirib.

Arena.az xəbər verir ki, əsas mərhələnin 12-ci qrupunda yer almış komandamız startda səfərdə Çexiya yığması ilə qarşılaşıb.

Fridek-Mistekdəki “Hala Polarka” İdman Arenasında təşkil edilmiş oyunu Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə ediblər. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Millimizin təsəlli qoluna Ülvi Əliyev imza atıb.

Qeyd edək ki, futzal yığmamızın yer aldığı 12-ci qrupda digər rəqib Latviya milli komandasıdır.

DÇ-2028-in əsas seçmə mərhələsi
12-ci qrup

16 oktyabr

Çexiya – Azərbaycan 2:1
Hakimlər: Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels), Dunkan Maklulliç (Şotlandiya).
Taymkiper: Luboş Riql (Çexiya).
Hakim-inspektor: Nuno Boqalyo (Portuqaliya).
UEFA nümayəndəsi: Jirki Filppu (Finlandiya).
Frydek-Mistek. “Hala Polarka”. Saat 22:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: