Premyer Liqa: “Sumqayıt”dan “Araz” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 8-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün sonuncu qarşılaşması Sumqayıtda baş tutub.

Burada “Sumqayıt” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Görüşün baş hakimi Vüqar Həsənli olub. “Sumqayıt Arena”da baş tutmuş və 3 qolun qeydə alındığı görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb.

Premyer Liqa
8-ci tur

16 oktyabr

“Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Qollar: Ronaldo Vaskes, 62. Nihad Əhmədzadə, 82 – Alberto Fernandes, 32.
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Sumqayıt Arena”, 19:00.

Sumqayıt: 16. Marko Yohanson, 29. Emil Mustafayev, 17. Nihad Əhmədzadə, 4. İsa Suliman (k), 42. Sedrik Badolo, 10. Ronaldo Vaskes, 80. Keffel Resende, 55. Lukas Blek, 11. Mamadi Banqre, 21. Tiaqo Almeyda, 5. Renan Santana.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Aftandil Arixov, 3. Höccət Haqverdi, 20. Ayxan Süleymanlı, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 23. Rüfət Əhmədov, 37. Nihad Orucəli, 19. Roi Kehat, 27. İmani Barker.
Baş məşqçi: Filipe Kandido.

Araz-Naxçıvan: 99. Tərlan Əhmədli, 8. Mustafa Əhmədzadə, 9. Ağadadaş Salyanski, 27. Boyan Letiç, 6. Patrik Andrade (k), 17. İssuf Paro, 11. Məhəmməd Mara, 36. Mamadu Kane, 10. Çarlz Boli, 5. Luka Dumançiç, 23. Alberto Fernandes.
Ehtiyat oyunçular: 1. Artur Auqusto, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 26. Ömər Buludov, 29. Ceyhun Nuriyev, 13. Qabil Əlizadə, 2. Abdulla Rzayev, 53. Fərid Tağıyev, 21. İbrahim Piriyev, 12. Bruno Franko, 19. Abdallah Sudi.
Baş məşqçi: Yuri Maksimov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: