U-23 millimiz yarımfinalda rumınlara rəqib oldu

Azərbaycanın minifutbol üzrə U-23 millisinin Xorvatiyada təşkil edilmiş dünya çempionatının yarımfinalındakı rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi yığmamız mundialdakı beşinci oyununda Rumıniya seçməsi ilə qarşılaşacaq.

Oktyabrın 16-da baş tutacaq bu oyuna Bakı vaxtı ilə saat 14:45-də start veriləcək.

Xatırladaq ki, oktyabrın 13-də startı verilmiş yarışa məhz bu gün – oktyabrın 16-da yekun vurulacaq. Millimiz bu turnirdəki ilk matçında Rumıniya yığması ilə sülh bağlayıb (3:3), Çexiyaya və Birləşmiş Ərəb Əmirliklərinə eyni hesabla (4:2), Slovakiyaya isə 3:2 hesabıyla qalib gəlib.

Beləliklə, Azərbaycan millisi dörd oyundan sonra 10 xal toplayaraq turnir cədvəlində ikinci yeri tutmaqla DÇ-də yarımfinala çıxıb. Digər yarımfinal cütündə Serbiya və Macarıstan yığmaları üz-üzə gələcəklər.

Azərbaycan U-23 millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılıb:

Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov

Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov

Baş məşqçi: İlkin Hacıyev

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: