Azərbaycanın minifutbol üzrə U-23 milli komandası Xorvatiyada təşkil edilmiş dünya çempionatında bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, İlkin Hacıyevin rəhbərlik etdiyi yığmamız mundialdakı dördüncü oyununda Slovakiya seçməsi ilə qarşılaşıb.
Beş qolun qeydə alındığı bu görüş millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin heyətində Emil Binyatzadə (16) və İbrahim Ağayarov (17) fərqləniblər. 20+1-ci dəqiqədə isə rəqib futbolçu avtoqol müəllifi olub.
Qeyd edək ki, oktyabrın 13-də startı verilmiş yarışa oktyabrın 16-da yekun vurulacaq. Millimiz bu turnirdəki ilk matçında Rumıniya yığması ilə sülh bağlayıb (3:3), Çexiyaya və Birləşmiş Ərəb Əmirliklərinə eyni hesabla (4:2) qalib gəlib.
Beləliklə, Azərbaycan millisi dörd oyundan sonra 10 xal toplayaraq turnir cədvəlində ikinci yeri tutub. Bu, millimizin DÇ-də yarımfinala çıxması üçün yetərli olub. Komandamızın rəqibi daha sonra bəlli olacaq.
Azərbaycan U-23 millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılıb:
Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov
Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov
Baş məşqçi: İlkin Hacıyev


