Azərbaycanın minifutbol üzrə U-23 yığması Xorvatiyada təşkil edilmiş dünya çempionatında üçüncü yer uğrunda mübarizə aparacaq.
Arena.az xəbər verir ki, İlkin Hacıyevin baş məşqçi olduğu komandamız yarımfinalda Rumıniya millisi ilə qarşılaşıb.
Görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu üzdən də Azərbaycan komandası üçüncü yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Komandamız bürünc medallar uğrunda görüşdə Macarıstan millisi ilə üz-üzə gələcək. Macarıstan yığması yarımfinalda Serbiyaya 0:5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, U-23 millimiz daha əvvəl keçirdiyi oyunlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı 4:2, Slovakiyanı isə 3:2 hesabı ilə üstələyib. Komandamız Rumıniya ilə də heç-heçə (3:3) edib.
Azərbaycan millisi bu dünya çempionatına aşağıdakı heyətlə qatılıb:
Qapıçılar:
1. Elcan Sarıyev
93. Cavid Rəhimov
Oyunçular:
6. Mirzə Əmirov
7. Xəzər Ağalızadə
8. Murad Fərzəliyev
9. Kərim İbrahimov
10. Kənan Məsiмov
11. Bəyoğlan Vəlizadə
13. Ümid Qəhrəmanov
15. Ayxan Mustafazadə
19. Mirmövsüm Caniyev
20. Fərid Abbasov
21. Emil Binyatzadə
27. Nihad Ağayev
80. İbrahim Ağayarov
Baş məşqçi: İlkin Hacıyev


