Futzal millimiz səfərdə Çexiya yığması ilə üz-üzə

Futzal üzrə Azərbaycan milli komandası bu gün dünya çempionatının (DÇ-2028) əsas mərhələsi çərçivəsində ilk matçını keçirəcək.

Arena.az xəbər verir ki, əsas mərhələnin 12-ci qrupunda yer almış komandamız startda səfərdə Çexiya yığması ilə qarşılaşacaq.

Fridek-Mistekdəki “Hala Polarka” İdman Arenasında təşkil ediləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Görüşü Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels) və Dunkan Maklulliç (Şotlandiya) idarə edəcəklər.

Qeyd edək ki, futzal yığmamızın yer aldığı 12-ci qrupda digər rəqib Latviya milli komandasıdır.

DÇ-2028-in əsas seçmə mərhələsi
12-ci qrup

16 oktyabr

Çexiya – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Valentin Siuplea (Uels), Dunkan Maklulliç (Şotlandiya).
Taymkiper: Luboş Riql (Çexiya).
Hakim-inspektor: Nuno Boqalyo (Portuqaliya).
UEFA nümayəndəsi: Jirki Filppu (Finlandiya).
Frydek-Mistek. “Hala Polarka”. Saat 22:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: