Karrik: “Martinesin açıqlaması ilə bağlı məsələ artıq keçmişdə qalıb”

“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik müdafiəçi Lisandro Martinesin klub rəhbərliyi ilə bağlı tənqidi açıqlamasına münasibət bildirib.

Arena.az xəbər verir ki, ingiltərəli mütəxəssis bunu mətbuat konfransında deyib.

Xatırladaq ki, “Mançester Yunayted” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda İspaniyanın “Atletiko” komandasına 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra Martines klub rəhbərliyini və texniki direktoru komandada kifayət qədər güclü futbolçuların olmamasına görə tənqid edib.

Daha sonra argentinalı müdafiəçi klub rəhbərliyi ilə görüşərək dediklərinə görə üzr istəyib və sosial şəbəkələrdə müvafiq açıqlama yayıb.

“Martines açıqlama yayımladı və səhv etdiyini başa düşdü. Bu, yolumuza davam etməyimiz üçün kifayətdir. Bizim tərəfimizdən baş verənlərin etiraf olunması məsələnin geridə qalması üçün yetərlidir”, – deyə Karrik bildirib.

Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 18-də İngiltərə çempionatı çərçivəsində səfərdə “Lids”ə qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: