Birinci Liqa: MOİK səfərdə, “Karvan” evdə qalib gəldi

Bu gün keçirilmiş oyunlarla futbol üzrə Azərbaycan Birinci Liqasında 2026/2027-ci illər mövsümünün 5-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Baku Sportinq” – MOİK matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Karvan” isə “Gəncəbasar”la ev oyunundan qalib ayrılıb.

Birinci Liqa
5-ci tur

15 oktyabr

“Zaqatala” – “Səbail” 1:3
Qollar: Əsədulla Heydərov, 89 – Samuel Nonqo, 13. Yan Said, 21. Aldo Qomes Soares, 24.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Rəşad Quliyev, Şamil İmanzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Xankəndi” – “Şahdağ Qusar” 1:0
Qol: Bəhruz Teymurov, 88.
Hakimlər: Səbuhi Bayramov, Rəhman Aslanov, Vüqar Bayramov, Nazim Abdullayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Şimal” 1:4
Qollar: Nemət Şıxamirov, 48 – Niyazi Osmanov, 37. Elşad Əliyev, 45+3. Gülalı Mehrəliyev, 87. Mustafa Niambele, 90+4.
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Samir Qaracayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

16 oktyabr

“Baku Sportinq” – MOİK 1:3
Qollar: Elşən Abdullayev, 25 – Kamran Quliyev, 36-pen. Elşad Tağıyev, 43. Vidadi Cəfərov, 90+4.
Hakimlər: Alik Yunusov, Sevda Nuriyeva, Anar Bədəlov, Maqsud Şamıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Baku Sportinq Arena”, 15:00.

“Karvan” – “Gəncəbasar” 2:1
Qollar: Saduq Quliyev, 4. Samir Abdullayev, 32 – Dileyn Açimi, 88.
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ceyhun Hüseynov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Yevlax şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: