“Real”ın Vinisiusun cəzası ilə bağlı şikayəti rədd edildi

İspaniya Kral Futbol Federasiyasının Apellyasiya Komitəsi “Real”ın Vinisius Juniorun 4 oyunluq diskvalifikasiyası ilə bağlı şikayətini rədd edib.

Arena.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Madrid klubu qərardan sonra işi İdman İnzibati Tribunalına (TAD) daşıyacaq.

Qeyd edək ki, Vinisius “Vilyarreal”ın kanadalı yarımmüdafiəçisi Neytan Salibanın saçından tutduqdan sonra meydandan qovulub. Braziliyalı futbolçu bu hərəkətinə görə İspaniya çempionatında 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Beləliklə, Vinisius oktyabrın 18-də “Sevilya”, oktyabrın 25-də “Barselona”, noyabrın 1-də “Rasinq” və noyabrın 7-də “Valensiya” ilə oyunları buraxacaq.

İspaniya çempionatının 8 turundan sonra “Real” 18 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. “Barselona” 24 xalla liderdir. “Atletiko” və “Betis” isə hərəyə 19 xal toplayaraq müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

26 yaşlı Vinisius cari mövsümdə Madrid komandasının heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: