Murad Məmmədov “Atalanta” səfər matçına aparılmadı

Azərbaycanın U-21 millisinin cinah hücumçusu Murad Məmmədov Kiprin “Pafos” komandasının “Atalanta” ilə avrokubok matçını da buraxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gecə Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin ilk turu çərçivəsində İtaliyanın “Atalanta” klubu ilə qarşılaşıb.

“Pafos” səfərdə baş tutmuş bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:3. Hazırda zədəli olan Murad bu matçın iştirakçısı olmayıb. 20 yaşlı futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Murad Məmmədov bu ilin yayında qoşulduğu “Pafos”un heyətində 3 rəsmi matçda forma geyinib, 1 qol vurub.

“Pafos” “Neftçi”nin yetirməsi olan 20 yaşlı azərbaycanlı futbolçunu 2026-cı ilin yayında azad agent kimi heyətinə qatıb. Tərəflər arasında 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: