Bu gün keçirilmiş oyunla futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 6-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Ayntraxt” doğma meydanda “Köln”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Meydan sahibləri tək qolla 3 xal qazanıblar.
Qeyd edək ki, Almaniya çempionatında 6-cı turun qalan oyunları şənbə və bazar günlərinə təsadüf edəcək.
Almaniya, Bundesliqa
6-cı tur
16 oktyabr
Ayntraxt – Köln 1:0
17 oktyabr
17:30. Elversberq – Auqsburq
17:30. Hamburq – Ştutqart
17:30. Şalke – Maynts
17:30. Union Berlin – Borussiya (Dortmund)
17:30. Verder – Paderborn
20:30. Bayern – Leypsiq
18 oktyabr
17:30. Bayer – Frayburq
19:30. Borussiya (Mönhenqladbax) – Hoffenhaym


