Premyer Liqa: MS-dən ardıcıl 7-ci qələbə!

Bu gün keçirilmiş oyunlarla futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 7-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Çelsi” səfərdə “Everton”a, “Liverpul” isə “Brentford”a qalib gəlib. “Aston Villa” da “Nyukasl”la səfər oyunundan qalib ayrılıb. “Fulhem” “Hall Siti”ni xalsız yola salıbsa, itkisiz irəliləyən lider “Mançester Siti” də bu dəfə “İpsviç Taun”u üstələyib.

7-ci turun qalan görüşləri oktyabrın 18-də və 19-da keçiriləcək.

İngiltərə, Premyer Liqa
7-ci tur

17 oktyabr

Everton – Çelsi 0:2
Brentford – Liverpul 1:2
Fulhem – Hall Siti 1:0
Mançester Siti – İpsviç Taun 3:2
Nyukasl – Aston Villa 0:1

18 oktyabr

17:00. Bornmut – Sanderlend
17:00. Brayton – Kristal Pelas
17:00. Lids – Mançester Yunayted
19:30. Nottingem Forest – Arsenal

19 oktyabr

23:00. Tottenhem – Koventri Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: