Bundesliqa: “Bayern” “Leypsiq”i 6 qolla yendi

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2026/2027-ci illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə altı qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Verder” – “Paderborn” matçında qalib müəyyənləşməyib. “Union Berlin” – “Borussiya” (Dortmund) görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Şalke” evdə “Maynts”a məğlub olubsa, “Elversberq” “Auqsburq”u, “Hamburq” “Ştutqart”ı xalsız yola salıb. Lider “Bayern” isə bu dəfə “Leypsiq”ə 6 qolla qalib gəlib.

Qeyd edək ki, Almaniya çempionatında 6-cı turun qalan oyunları bazar gününə təsadüf edəcək.

Almaniya, Bundesliqa
6-cı tur

16 oktyabr

Ayntraxt – Köln 1:0

17 oktyabr

Elversberq – Auqsburq 4:3
Hamburq – Ştutqart 1:0
Şalke – Maynts 0:1
Union Berlin – Borussiya (Dortmund) 0:0
Verder – Paderborn 2:2
Bayern – Leypsiq 6:1

18 oktyabr

17:30. Bayer – Frayburq
19:30. Borussiya (Mönhenqladbax) – Hoffenhaym

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: